Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
27 İyul 2024 11:55 DünyaRusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan ölkəyə ixrac edilən meyvə və tərəvəzlərdə pestisidlərin normadan 5 dəfə artıq olduğunu aşkarlayıb.
Olaylar xəbər verir ki, ayrı-ayrı maddələr üzrə norma 5-8 dəfə artıq olub və hazırda 16 təchizatçının ölkəyə mal ixrac etməsinə qadağa nqoyulub.
Qeyd olunur ki, pestisidlərin bu qədər normadan artıq olması məhz "Eagle Partner 2024" erməni-amerikan hərbi təlimləri ilə bağlıdır.
Xatırladaq ki, təlimlər Ermənistanda 10 gün ərzində keçirilib və həftənin ortalarında başa çatıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31