Tramp sui-qəsd cəhdinin olduğu Batler şəhərində növbəti mitinq keçirəcək
27 İyul 2024 09:57 DünyaRespublikaçılar Partiyasından prezidentliyə namizəd olan ABŞ-nin keçmiş prezidenti Donald Tramp Butlerdə (Pensilvaniya ştatı) növbəti seçkiqabağı mitinqini keçirəcəyini bildirib.
Olaylar-ın məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"Böyük, gözəl bir mitinq üçün Pensilvaniya ştatının Butler şəhərində qayıdacağam", - deyə o qeyd edib.
Qeyd edək ki, D.Trampa iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası mitinqində suiq-qəsd cəhdi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31