İsrail əsgərləri türk jurnalistlərə hücum etdi - VİDEO
26 İyul 2024 18:14 Dünyaİsrail əsgərləri Qüdsdə yerləşən Əl-Əqsa məscidi qarşısında Türkiyənin "TRT Nyus" kanalının əməkdaşlarına hücum edib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hərbçilər ilk olaraq Cümə namazı qılan fələstinlilərə, sonra isə kanal əməkdaşlarına hücum edib.
Hücum nəticəsində "TRT Nyus" kanalının operatoru yaralanıb, müxbir Mücahid Aydəmirin telefonu isə zorla əlindən alınıb, oradakı görüntülər silinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31