Keçmiş nazir barın yanında öldü
26 İyul 2024 18:08 DünyaRusiyanın Kama vilayətinin keçmiş təbii sərvətlər naziri Konstantin Çeremuşki ölüb.
Olaylar.az lent.az-a istinadən bildirir ki, o, Yekaterinburqda barın yanında ölüb.
Məlumata görə, eks-nazir oğulları ilə birlikdə müəssisədə dincəlirmiş. Birdən özünü pis hiss edib bayıra çıxaraq, skamyada oturub. Kişi orada da ölüb.
Onun 2017-ci ildən rəhbərlik etdiyi Qərbi Ural Rostexnadzor da Çeryomuşkinin ölümü ilə bağlı məlumatı təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31