Barak Obama və Mişel Obama Harrisi dəstəklədi- ÖZƏL
26 İyul 2024 14:18 DünyaABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obama Kamala Harrislə telefon danışığı aparıblar.
Olaylar.az xəbər verir ki, danışıq zamanı Barak Obama və Mişel Obama seçki yarışında ABŞ-nin vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəklədiklərini açıqlayıblar.
"Mişel və mən sizinlə birlikdə olmaqdan daha çox qürur duya bilməzdik və sizin bu seçkini keçib Oval Ofisə daxil olmağınız üçün əlimizdən gələni edəcəyik."
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden daha əvvəl prezident yarışını tərk etmək qərarını açıqlamış və Kamala Harrisə səs verməyə çağırmışdı. Onun sözlərinə görə, o, onu 2020-ci ildə görüb və o, Ağ Evin rəhbəri olmağa layiqdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31