Kreml ABŞ-nin Rusiyadakı səfirliyinin işindən danışıb- ÖZƏL

Hazırda Rusiya və ABŞ-ın de-fakto ikitərəfli əlaqələri yoxdur. Amerikanın Moskvadakı səfirliyində hələlik tammiqyaslı iş bərpa olunmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"ABŞ-nin Moskvadakı səfirliyi heç yerə qayıtmayıb və hələ də qayıtmayacaq. De-fakto, indi sadəcə olaraq ikitərəfli münasibətlərimiz yoxdur", - deyə o, bildirib. 

Onun sözlərinə görə, hazırda Qərbdə Rusiyaya qarşı nifrət mühiti hökm sürür. Bu baxımdan indi, belə bir vaxtda nəsə etməyə çalışmağın mənası yoxdur, amma o zaman vəziyyət yaxşılığa doğru dəyişəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31