Zelenskinin müşaviri Rusiya ilə razılaşmanı “şeytanla sövdələşmə” adlandırıb- ÖZƏL
26 İyul 2024 12:58 DünyaUkrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya tərəfi ilə potensial sülh sazişinin əleyhinə çıxış edib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, müqavilə bağlanandan sonra Rusiya güclənə bilər.
Podolyak hesab edir ki, razılaşma "münaqişənin müəyyən müddətə dondurulmasına" gətirib çıxara bilər. "Bu, o deməkdir ki, Rusiya Federasiyası səhvlər üzərində işləyəcək və ordusunu modernləşdirəcək",-deyə o, bildirib.
Podolyak Rusiya tərəfinin mümkün sülh razılaşmasını "şeytanla razılaşma" ilə müqayisə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31