Ukrayna bu iclasda iştirakdan imtina edib- ÖZƏL
26 İyul 2024 11:25 DünyaUkrayna Xarici İşlər Nazirliyi Kiyevin Rusiyanın sədrliyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna Silahlı Qüvvələrinə (AFU) Qərb silahlarının verilməsi məsələsinə dair iclasında iştirakdan imtina etdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatının mətnində deyildiyi kimi, "beləliklə, Ukrayna nümayəndə heyəti Təhlükəsizlik Şurasında Sovet İttifaqının daimi yerini tutan Rusiya Federasiyasının qeyri-legitimliyi ilə bağlı prinsipial mövqeyini təsdiqləyir".
Mesajda qeyd olunur ki, bununla bağlı Ukrayna nümayəndə heyəti Rusiyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclaslarında iştirakını mümkün hesab etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31