Rusiya və Çin arasında güclü qarşılıqlı etimad münasibətləri var — ÖZƏL
26 İyul 2024 10:57 DünyaOlaylar.az xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Laosda keçirdiyi tədbirlər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib ki, Çin və Rusiya arasında münasibətlər güclü siyasi qarşılıqlı etimad və müstəqillik ilə xarakterizə olunur.
"Çin-Rusiya münasibətləri yetkin, sabit, güclü və müstəqildir. Onlar möhkəm siyasi qarşılıqlı inamla səciyyələnir", - Vanq Yi deyib.
Çinli nazir Pekin və Moskvanın strateji əməkdaşlığı daim dərinləşdirdiyini və bunun geniş perspektivlərə malik olduğunu bildirib. O, həmçinin Çin və Rusiya arasında beynəlxalq arenada əməkdaşlığı səmərəli adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31