Vaşinqtonda ABŞ bayrağını yandırdılar
25 İyul 2024 18:31 Dünyaİsrailin baş naziri Benyamin Netanyahunun ABŞ- a səfərinə etiraz edən Fələstin tərəfdarları Vaşinqtondakı qatar stansiyasının qarşısındakı Amerika bayraqlarını cıraraq yandırıblar.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahunun həbs olunmasını tələb edən etirazçılar dirəkləri endirib, sonra Amerika bayraqlarını yandırıblar", - deyə məlumatda bildirilir.
Bundan əvvəl fəallar Netanyahunun başçılıq etdiyi İsrail nümayəndə heyətinin qaldığı Vaşinqtondakı "Watergate" otelinə həşəratlar səpələyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31