Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib: 72 şübhəli saxlanılıb
25 İyul 2024 11:02 DünyaTürkiyənin 13 vilayətində İŞİD-ə qarşı "Gürz-1" əməliyyatları keçirilib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Qaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzon da daxil olmaqla 13 vilayətdə keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb.
Yerliqaya həmçinin, əməliyyatlar nəticəsində külli miqdarda xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal materialın ələ keçirildiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31