Putin Bəşər Əsədlə görüşüb
25 İyul 2024 10:34 DünyaRusiya prezidenti Vladimir Putin Kremldə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Görüşdə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Putin Yaxın Şərqdə və Suriyada vəziyyətin hazırda kəskinləşməyə meylli olduğunu qeyd edib.
"Əfsuslar olsun ki, Yaxın Şərqdə vəziyyət kəskinləşməyə meyllidir. Bu birbaşa olaraq Suriyaya da aiddir", - o deyib.
Bundan başqa, Putin suriyalı həmkarının regiondakı vəziyyətlə bağlı fikirləri ilə maraqlanıb.
"Bütünlükdə regionda vəziyyətin necə inkişaf etdiyinə dair fikirləriniz mənə çox maraqlıdır", - Putin Əsədə deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31