Çin təsdiqlədi, Rusiyaya silah satmayacaq - Zelenski
25 İyul 2024 10:27 DünyaÇinin Rusiyaya silah satmayacağı təsdiqlənib.
Olaylar xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
"Ukraynalı rəsminin bu səviyyədə səfəri uzun illərdən bəri ilk dəfədir. Bu, yaxşı siqnaldır. Bu, Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnaldır.
Həmçinin Çin lideri Si Szinpin də mənimlə danışığında təsdiqlədi: Çin Rusiyaya silah verməyəcək. Ukraynaya qayıtdıqdan sonra nazirdən ətraflı hesabat gözləyirəm", - deyə Zelenski vurğulayıb. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31