"Bayden və Harris Amerika üçün biabırçılıqdır"
25 İyul 2024 10:17 DünyaABŞ-nin keçmiş prezidenti Donald Tramp Amerika lideri Co Bayden və vitse-prezident Kamala Harrisi ölkə üçün biabırçılıq adlandırıb.
Olaylar xəbər verir ki, Tramp bu haqda "Truth" sosial səhifəsində yazıb.
"Fırıldaqçı Co Bayden və yalançı Kamala Harris Amerika üçün böyük biabırçılıqdır, bu, əvvəllər heç vaxt olmamışdı", - o qeyd edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31