İsrail Hizbullahın hərbi obyektlərinə zərbələr endirdi
24 İyul 2024 20:39 Dünyaİsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Tayr Harf bölgəsində Hizbullah hərəkatının hərbi obyektinə zərbələr endirib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın Hilat əl-Dəba və Kfarkela bölgələrində Hizbullahın müşahidə mövqelərinə hücum edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31