ABŞ bu ölkədən qoşunları çıxardır
24 İyul 2024 20:39 DünyaABŞ və İraq beynəlxalq koalisiyadakı Amerika qoşunlarının bir hissəsinin ölkədən çıxarılması ilə bağlı razılığa gəliblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nəşnl" nəşri məlumat yayıb.
Anonim mənbələr nəşrə bildirib ki, ABŞ Ayn-əl-Əsəd bazasından qoşunları çıxarmağa hazırdır, lakin Ərbildəki Hərir bazasından çıxmağı düşünmür.
ABŞ tərəfi hesab edir ki, Ərbildəki baza İŞİD-ə qarşı əməliyyatlarında koordinasiyasında olduqca əhəmiyyətlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31