İran parlamentində gərgin anlar yaşanıb
24 İyul 2024 16:13 Dünyaİran parlamentinin bugünkü iclasında gərgin anlar yaşanıb.
Olaylar xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, Bukan vilayətinin deputatı Məhəmməd Qəsim Osmani internetin filtrasiyasının ləğvinə dair planının bütün mərhələləri keçdiyini, lakin parlamentin spikeri Məhəmməd Baqir Qalibafın plana veto qoyduğunu bildirib və buna etiraz edib.
Məhəmməd Baqir Qalibaf parlamentin iclasında iştirak etmədiyindən, onun tərəfdarları Məhəmməd Qəsim Osmaniyə etirazlarını bildiriblər. Nəticədə İran parlamentində bir neçə dəqiqə davam edən gərgin anlar yaşanıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31