ABŞ Gürcüstana yardımı dayandırmağı düşünür- ÖZƏL
24 İyul 2024 15:30 DünyaOlaylar.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, dövlət katibinin köməkçisinin müavini C.Hak sözlərinə görə ABŞ Dövlət Departamenti müttəfiqləri ilə əməkdaşlıq edərək Gürcüstana yardım proqramlarını dayandırmağı düşünür.
Bu addımın əsas səbəbi Gürcüstan parlamentinin mayın 14-də xarici agentlər haqqında qanunu qəbul etməsi olub. 30-a qarşı 84 deputatın dəstəklədiyi qanun prezident Salome Zurabişvilinin ciddi etirazına səbəb olub, o, bunu "Rusiya qanunu" adlandırıb və ona veto qoyub.
Onun sözlərinə görə, yardım proqramlarının yönləndirilməsi və ya dayandırılması, habelə ləğv edilməsi kimi əlavə tədbirlər müzakirə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31