Moskva və Tehran İranda Mir kartlarının tətbiqi üzərində işləyirlər — ÖZƏL
24 İyul 2024 15:15 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çbildirib ki, Moskva iki ölkənin ödəniş sistemlərinin tezliklə inteqrasiyasına ümid edərək, yaxın gələcəkdə Mir kartlarının İran ərazisində işə başlamasını gözləyir.
"Milli ödəniş sistemlərinin inteqrasiyası məsələsi ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın ixtisaslaşdırılmış mexanizmi, eləcə də mərkəzi bank rəhbərləri arasında müntəzəm təmaslar çərçivəsində müzakirə olunur. Güman edirik ki, biz bu sahədə bütün məsələləri həll edə biləcəyik", - o, Mir kartlarının İranda nə vaxt işə başlayacağı ilə bağlı sualı cavablandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31