Türkiyədəki fransız məktəbləri qanundankənar SAYILA BİLƏR
24 İyul 2024 14:48 DünyaTürkiyədə fəaliyyət göstərən fransız məktəbləri qanundankənar sayıla bilər.
Olaylar.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusif Tekin jurnalistlərə açıqlamasında deyib.
O, ölkədəki fransız məktəblərini öz fəaliyyətlərini ölkənin qanunvericiliyinə uyğunlaşdırmağa çağırıb:
"Əgər fransız məktəbləri işlərini qanunverciliyə uyğun qaydada qursalar, fəaliyyətlərini davam etdirə biləcəklər, əks halda isə etibarsız sayılacaqlar".
Nazir bildirib ki, Türkiyə bu məktəblərin hüquqi status əldə etmələri üçün müvafiq beynəlxalq müqavilələr imzalanmalıdır: "Fransa ilə müzakirələrimiz davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31