Yaponiya və Rusiya Rusiya sərhədləri yaxınlığında dəniz fəaliyyətini gücləndirir - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Yaponiya sürətlə silahlanır, eyni zamanda Vaşinqtonla birlikdə Rusiya sərhədi yaxınlığında hərbi-dəniz fəaliyyətini gücləndirir.

"Biz hazırkı Yaponiya hökumətinin ölkənin gücləndirilmiş yenidən hərbiləşdirilməsi istiqamətində kursunu yaxından izləyirik. Yaponiya təkcə öz hərbi potensialını gücləndirmir, faktiki olaraq hələ də qüvvədə olan konstitusiya məhdudiyyətlərinə məhəl qoymur, həm də hərbi dəniz fəaliyyətini genişləndirir. Uzaq şərq sərhədlərimizin yaxınlığında, NATO üzvü olan qeyri-regional ölkələri qarışdırır" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31