Tokio nüvəsiz statusunu itirmək yolundadır - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Yaponiya özünün qeyri-nüvə statusunu itirmək yoluna çıxıb və Rusiya tərəfi potensial təhlükələrə cavab vermək üçün müvafiq tədbirlər görür.

"Yaponiyanın ABŞ-la qondarma müştərək missiyalara qoşulması, nüvə missiyalarını yerinə yetirmək üçün sertifikatlı müttəfiq strateji təyyarələrin iştirakı ilə çoxtərəfli təlimlər keçirməsi və ya müzakirələr yolu ilə onun milli qeyri-nüvə statusunu "aşdırmaq" planları xüsusi narahatlıq doğurur. Amerikanın orta mənzilli raketlərinin Yaponiya adalarında yerləşdirilməsi planları var", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31