Moskva Seulun Rusiyaya qarşı hər hansı addımına cavab verəcək - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Seulun Rusiyaya qarşı atacağı istənilən addım cavabsız qalmayacaq və Cənubi Koreyanın təhlükəsizliyini gücləndirə bilməyəcək.

"Biz Seulu Koreya yarımadasında gərginliyi daha da artıra biləcək hər hansı tələsik addımlara qarşı xəbərdar etmək istərdik" - o, qeyd edib. 

"Şübhəsiz ki, Rusiyaya qarşı hər hansı hərəkət lazımi cavabsız keçməyəcək. Biz bunun Cənubi Koreyanın təhlükəsizliyini gücləndirəcəyini düşünmürük", - Rudenko əlavə edib.

Rusiya xarici işlər nazirinin müavini Cənubi Koreyanı "yarımadadakı hazırkı vəziyyəti ayıq şəkildə qiymətləndirməyə və üçüncü ölkələrin maraqlarına deyil, öz təhlükəsizlik maraqlarına diqqət yetirməyə" çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31