Makron prezidentlik müddətinin sonuna qədər Fransaya rəhbərlik etmək niyyətindədir
24 İyul 2024 12:15 DünyaFransa prezidenti Emmanuel Makron bildirib ki, prezidentlik müddətinin sonuna qədər ölkəyə rəhbərlik edəcək.
Olaylar xəbər verir ki, Makron bu barədə "France 2" telekanalının efirində açıqlama verib.
"Fransalılar bu postu mənə ikinci dəfə etibar etdilər və mən prezidentlik müddətimin sonuna qədər öhdəliklərimi yerinə yetirəcəyəm", - o deyib.
Makron həmçinin bildirib ki, ölkədəki siyasi qüvvələr razılığa gələ bilsələr, Fransa Milli Yığıncağının (parlamentin aşağı palatası) buraxılmasından söhbət getməyəcək.
"Çoxluğun formalaşdıra biləcəyi qüvvələr sabitlik istəyirsə, parlament buraxılmayacaq", - o deyib.
Qeyd edək ki, Makron 2017-ci ildən Fransa prezidentidir. O, 2022-ci ildə ikinci dəfə prezident seçilib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31