Nepalda dəhşətli qəza: Təyyarə yandı, ölənlər var

Nepalın "Saurya" Hava Yolları şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb.

Olaylar bildirir ki,  təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 5 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb.

Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Yerli mətbuatın xəbərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub.

Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə yerindədir. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31