Valdai müzakirə klubu Afrikada ilk konfransını keçirəcək - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Valday Beynəlxalq Diskussiya Klubunun ikinci Rusiya-Afrika konfransı ilk dəfə Afrikada, yəni Tanzaniyanın Dar əs-Salam şəhərində keçiriləcək.

Tədbirdə Rusiya və Şərqi Afrikadan olan 40-a yaxın ekspert bir araya gələcək. Onlar Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitindən bir il sonra Moskvanın Afrika dövlətləri ilə əməkdaşlığı modellərini müzakirə edəcəklər.

"Rusiya - Afrika: çoxqütblü dünyada əməkdaşlıq strategiyası" adlı konfransın təşkilatçıları ümid edirlər ki, müzakirənin nəticəsi ekspertlərə Afrika ölkələrindən birində keçiriləcək üçüncü Rusiya-Afrika sammitinə hazırlaşmağa imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31