Robert Kennedi:ABŞ-də inqilab başlayacaq- ÖZƏL

ABŞ prezidentliyinə namizəd, keçmiş Amerika prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi ABŞ-nin inqilabla üz-üzə qaldığını bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində yazıb.

Robert Kennedinin fikrincə, ABŞ-də inqilab başlayacaq. Onun idealizmə, yoxsa qaranlıq reqressiv qüvvələrə əsaslanacağı yeganə sual qalır.

"Seçim bizimdir",- deyə prezidentliyə namizəd əlavə edib.

Bundan əvvəl Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsd nəticəsində öldürülən keçmiş prezident Donald Tramp Robert Kennedinin təhlükəsizliyini təmin etməyə çağırmışdı. Tramp hesab edir ki, Kennedinin "ailə tarixini nəzərə alaraq" təhlükəsizliyi təmin edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31