Tramp Baydenin ətrafından TƏLƏBİ: Bu fırıldağınıza görə ödəniş etməlisiniz
24 İyul 2024 10:07 DünyaRespublikaçılar Partiyası Co Baydenin çevrəsinin "fırıldaqçılığı" ilə mübarizə aparmaq üçün vaxt və pul sərf etməli olduğu üçün kompensasiya almalıdır.
Olaylar xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"Respublikaçılar Partiyasına demokratların saxtakarlıqlarına görə kompensasiya ödənilməlidir. Co Baydenin ətrafında olan hər kəs, o cümlədən həkimləri və yalançı media onun nə prezidentliyə namizədliyini irəli sürmək, nə də prezident olmaq üçün yararlı olmadığını bilirdi"- Ağ Evin rəhbəri vəzifəsinə namizədi qeyd edib.
Bazar günü, iyulun 21-də Bayden yenidən seçilmək istəməyəcəyini açıqladı və Kamala Harrisi namizəd kimi dəstəklədi. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31