Albaniya sahilində 4,5 maqnitudalı zəlzələ olub

Adriatik dənizinin Albaniya sahilində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Olaylar xəbər verir ki, yeraltı təkanların episentri 24,8 min nəfərin yaşadığı Lyaçi şəhərindən 26 km qərbdə yerləşib.

Zəlzələnin ocağı 12 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31