Fələstin rəhbərliyi Çinin dəstəyindən məmnundur- ÖZƏL
24 İyul 2024 07:57 DünyaOlaylar.az xəbər verir ki, Fələstin rəhbərliyi Çinin Fələstin dövlətinə işğal altındakı İordan çayının qərb sahili, Qüds və Qəzza zolağının idarə olunmasına icazə verilməsi tələbini alqışlayıb.
Fələstin Rəyasət Heyətinin Fələstinin rəsmi xəbər agentliyi WAFA-da dərc olunan bəyanatında Çinin xarici işlər naziri Vanq Yinin Fələstin müvəqqəti milli barışıq hökumətinin yaradılması ilə bağlı açıqlamalarına diqqət çəkilib.
Açıqlamada Çinin xarici işlər naziri Vanqın söylədiyi sözlərin Fələstin rəhbərliyinin mövqeyi və beynəlxalq legitimliyə uyğun olduğu vurğulanıb və verdiyi açıqlamalarda Vanqın Qəzzada təcili atəşkəs və humanitar yardım tələb etdiyi qeyd edilib.
"Biz həmçinin Fələstin Dövlətinin İordan çayının qərb sahilindəki, Qəzza zolağındakı və Şərqi Qüdsdəki ərazilərini idarə etməsi üçün birgə səylərin artırılması tələbini alqışlayırıq". Bəyanatda Çinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlüyünə nail olmaq və iki dövlətli həll üçün beynəlxalq sülh konfransı təşkil etmək səyləri təqdir edilib.
Çin Xarici İşlər Naziri Vanq Yi mövzu ilə bağlı verdiyi açıqlamada, "Çin Fələstin qruplarının daxili uzlaşma əsasında milli birlik və müstəqil Fələstin dövlətini tez bir zamanda həyata keçirmələrini ürəkdən ümid edir" ifadəsini işlədib.
Fələstinin BMT-yə tamhüquqlu üzv olduğunu və iki dövlət həllini dəstəklədiklərini vurğulayan Vanq, bu mövzuda bütün əlaqədar tərəflərlə işləməyə və səy göstərməyə davam edəcəklərini qeyd edib.
Çin iyulun 21 və 22-də Fələstinli qrupların, xüsusilə də Fəth Hərəkatı və HƏMAS-ın iştirak etdiyi "hərtərəfli milli toplantı" keçirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Fələstin qrupları, o cümlədən Fəth Hərəkatı və HƏMAS, Çinin paytaxtı Pekində keçirilən görüşlərdən sonra imzaladıqları bəyannamə ilə müvəqqəti konsensus hökuməti qurmaq niyyətlərini vurğuladığı bildirib.
İyulun 21-də başlayan barışıq danışıqlarından sonra 14 Fələstin qrupunun yüksək səviyyəli nümayəndələri aralarındakı parçalanmaya son qoymaq və birlik yaratmaq məqsədi daşıyan "Pekin dialoqu"nu imzalayıb.