Bayden sabah ictimaiyyət qarşısına çıxacaq

ABŞ Prezidenti Co Bayden iyulun 24-də seçki kampaniyasından imtinasına həsr olunmuş nitqlə çıxış edəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetinin jurnalisti Tayler Peycer X səhifəsində yazıb.

"Baydenin prezidentlik yarışından çıxması ilə bağlı nitqi sabaha planlaşdırılır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31