Netanyahu: Qəzzadakı girovların azad edilməsi üçün...

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan girovların azad olunmasını təmin edəcək razılaşmanın yaxın vaxtlarda mümkün ola biləcəyini deyib.

Olaylar xəbər verir ki, bu fikirləri o, Qəzzada girov saxlanılanların ailələri ilə görüşdə səsləndirib.

"Razılaşma üçün şərait yetişmək üzrədir. Bu, yaxşı əlamətdir. Gözləntilərimiz birdən reallaşmayacaq, mərhələlər olacaq. Bununla belə, mən inanıram ki, biz bu razılaşmanı irəli apara bilərik", - B.Netanyahu bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri hazırda Vaşinqtondadır və bu həftənin sonunda onun ABŞ prezidenti Cozef Baydenlə görüşü gözlənilir. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31