Lavrov: Qərbdə çoxları aqressiv LGBT təbliğatından qaçmaq istəyir- ÖZƏL

"Rusiyanın güclü tərəflərindən biri də ənənəvi dəyərlərin qorunmasıdır".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, bu gün "LGBT hücumundan" Avropadan Rusiyaya qaçan insanların nümunələri var və belə hallar daha çox olacaq. Onun sözlərinə görə, Qərbdə çoxları aqressiv təbliğatdan qaçmaq istəyir.

Lavrov amerikalı sahibkar İlon Maskı misal çəkib ki, o, neoliberal dəyərlərin artıq sıradan çıxdığı Kaliforniyadan Texasa köçməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31