Şadam ki, Ermənistanla bağlı iki qərar verdik - Borrell
23 İyul 2024 14:46 DünyaAvropa Birliyi Şurası Ermənistanla tərəfdaşlığın gələcək inkişafına töhfə verəcək iki mühüm qərar qəbul etdi. Biz ilk dəfə olaraq Ermənistana 10 milyon avro məbləğində (Avropa Sülh Fondundan hərbi yardım - red.) dəstək verilməsi barədə qərar qəbul etmişik. Biz Ermənistanla vizaların liberallaşdırılması ilə bağlı dialoqa başlamaq üçün də yaşıl işıq yandırdıq.
Olaylar xəbər verir ki, bu sözləri AB-nin baş diplomatı Jozep Borrell deyib.
"Mən çox şadam ki, biz Ermənistanın çoxdan gözlədiyi və Ermənistanla tərəfdaşlığımızı gücləndirəcək iki qərarı qəbul edə bilmişik", - deyə o bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31