Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.
Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.
Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.