Zelenski Ukraynanın təhlükəsizliyi ilə bağlı 4 yeni sazişi açıqlayıb- ÖZƏL

Ukrayna prezidenti Vladimir Zelenski komandasının ölkənin müdafiə qabiliyyətini gücləndirməyə hazırlaşdığı dörd yeni təhlükəsizlik sazişini açıqlayıb.

Olaylar.az xəbər verir ki, danışıqlara tezliklə başlanacağı bildirilib

"Biz tezliklə danışıqlara başlayacağıq və sənədləri imzalamaq üçün tez hazırlayacağıq", - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sazişləri bir çox məsələləri, o cümlədən hərbi və iqtisadi əməkdaşlığı əhatə edəcək.

"Biz, təkcə NATO üzvlərini deyil, müxtəlif ölkələri də cəlb etməyə çalışmışıq",-deyə Zelenski bildirib. 

Zelenski deyib ki, Ukraynanın "xalqı və dövləti" dəstəkləmək üçün öz alətlərinə, eləcə də "istənilən şəraitdə işləyəcək" öz təhlükəsizlik müqavilələrinə ehtiyacı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31