Latviya Ukraynaya 500 PUA göndərdi
23 İyul 2024 12:03 DünyaLatviya Ukraynaya 500-dən çox PUA göndərib.
Olaylar xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds özünün X səhifəsində məlumat yayıb.
Latviyanın yaxın gələcəkdə qiyməti 4 milyon avro olan daha 2500-dən çox PUA təhvil verəcəyi bildirilib.
Qeyd edək ki, hazırda beynəlxalq "dron koalisiyası"na 14 ölkə - Latviya, Ukrayna, Böyük Britaniya, Avstraliya, Danimarka, Fransa, Estoniya, İtaliya, Kanada, Litva, Niderland, Polşa və İsveç daxildir. Bu ölkələr PUA alışı üçün yarım milyard avrodan çox vəsait toplayıblar. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31