Zelenskinin legitimliyi ilə bağlı məhkəmə prosesi sentyabrın 16-na təxirə salınıb- ÖZƏL
23 İyul 2024 12:00 DünyaOlaylar.az UNİAN agentliyinin məlumatına istinadən xəbər verir ki, Ukrayna məhkəməsi prezident seçkilərinin sentyabrın 16-na təyin edilməsi ilə bağlı iddiaya baxılmasını təxirə salıb.
Bundan əvvəl Ali Radanın deputatı Aleksandr Dubinski ölkədə konstitusiya quruluşunu qorumaq üçün prezident seçkilərinin təyin edilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib.
Vladimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyətləri mayın 20-də başa çatıb. 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib.
Vladimir Putinin sözlərinə görə, "Ukraynada yeganə legitim orqan, ilkin hesablamalara görə, parlament və Ali Radanın spikeridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31