Bayden Rusiya ilə bağlı bəzi funksiyaları dövlət katiblərinə həvalə edir - ÖZƏL

Olaylar.az   xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutan qanunvericiliyə əsasən səlahiyyətlərinin bir hissəsini xəzinədarlıq və dövlət katiblərinə həvalə edib.

Açıqlamaya görə, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi ilə bağlı funksiyalar maliyyə naziri Canet Yellen və ABŞ dövlət katibi Antoni Blinkenə verilib.
Bayden aprel ayında ABŞ-a Rusiyanın dondurulmuş aktivlərini ələ keçirməyə və Ukrayna, İsrail və Tayvana əlavə hərbi yardım göstərməyə imkan verən qanunları imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31