Bayden bu tarixdə Ağ Evə qayıdacaq
23 İyul 2024 11:02 DünyaABŞ prezidenti Co Bayden iyulun 23-də koronavirus səbəbindən karantində olduğu Rehobot-Biç şəhərindəki iqamətgahından Ağ Evə qayıdacaq.
Olaylar bildirir ki, bu barədə Ağ Evin yayımladığı cədvəldə bildirilib.Məlumata əsasən, ABŞ-ın şərq sahili vaxtı ilə 12:30-da C.Bayden Rehobot-Biçdəki evini tərk edəcək və Dover şəhər aerodromuna gedəcək. O, saat 13:25-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına uçacaq, uçuşun 35 dəqiqə çəkəcəyi gözlənilir.
Amerika liderinin saat 14:30-da Ağ Evə gələcəyi gözlənilir, burada 15:00-da onun üçün qapalı brifinq keçiriləcək. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31