Çexiya Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçan aparatların tədarükü üçün koalisiyaya qoşulub- ÖZƏL

Çexiya Ukraynaya pilotsuz uçan aparatların tədarükü üçün Latviya və Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiyaya qoşulub. 

Olaylar.az xəbər verir ki, Çexiya nümayəndə heyəti NATO-nun Vaşinqtonda keçirilən sammiti zamanı anlaşma memorandumu imzalayıb.

"Ukraynaya Rusiyanın işğalına qarşı müqavimət göstərməkdə kömək edən Çexiyanı Dron Koalisiyasında salamlamaqdan çox məmnunam. Koalisiyanın üzvü Ukraynanı dəstəkləmək üçün əhəmiyyətli töhfə verə bilər və eyni zamanda onun milli inkişafını dəstəkləyə bilər",- deyə Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

Qeyd edək ki, Çexiya pilotsuz təyyarələrin tədarükü üzrə Koalisiyanın 16-cı üzvü oldu. Bu gün koalisiyaya Çexiya, Latviya, Böyük Britaniya, Avstraliya, Danimarka, Fransa, Estoniya, İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Hollandiya, Polşa, Ukrayna, Almaniya, İsveç daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31