ABŞ bəyənmədiyi ölkələrdə sabitliyi pozmaq cəhdlərini davam etdirir - ÖZƏL
23 İyul 2024 10:58 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, Birləşmiş Ştatlar digər dövlətlərin daxili işlərinə qəsdən müdaxilə etməkdə davam edir və orada vəziyyətin sabitliyini pozmağa çalışır.
"ABŞ nümayəndəsinin bugünkü çıxışından görürük ki, onların bəyənmədiyi dövlətlərin işlərinə qarışmaq və orada vəziyyətin sabitliyini pozmaq cəhdləri hələ də Vaşinqtonun düşünülmüş seçimidir. Biz bu eqoist siyasətin Yaxın Şərqdəki nəticələrini müşahidə edirik", - o vurğulayıb.
"Elan edilmiş əks-terror məqsədlərinə baxmayaraq, "İslam Dövləti" (Rusiyada qadağan edilmiş) və ona bağlı olan terrorçu qruplar qərbli həmkarlarımızın qanunsuz hərbi mövcudluğu ərazilərində - Fəratın şərq sahilində və Əl-Tanf bölgəsində hələ də kifayət qədər potensiala malikdir" - o, BMT Təhlükəsizlik Şurasının Suriya üzrə iclasında bildirib.