ABŞ Demokrat Partiyası prezidentliyə namizədi bu tarixədək irəli sürəcək
23 İyul 2024 10:27 DünyaABŞ Demokratik Milli Komitəsi (DNC) avqustun 7-dək prezidentliyə namizəd irəli sürməyi planlaşdırdığını açıqlayıb.
Olaylar məlumatına görə, bu barədə "The Hill" xəbər verib.
Məlumata əsasən, Komitənin planı konvensiya nümayəndələrinin DNC-yə namizədliyini irəli sürən namizədlərə səs verməsi üçün elektron səsvermə sistemindən istifadə edilməsi nəzərdə tutulub. Bildirilib ki, namizədlər prezident seçilmək üçün partiyaya və qanuni tələblərə cavab vermək və hər ştatda ən azı 300, lakin 50-dən çox olmayan nümayəndənin dəstəyinə malik olmalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31