İsrail Hizbullaha cavab zərbəsi endirdi
22 İyul 2024 20:24 Dünyaİsrail qırıcıları yəhudi yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı sərhəd bölgələrində Hizbullah milislərinin iki məntəqəsinə hücum edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Jadeed" telekanalı məlumat yayıb.
Aviazərbələr nəticəsində Hizbullah döyüşçülərinin istifadə etdiyi evlərdən biri tamamilə dağıdılıb.
Bundan əlavə, Yatiradakı hərbi obyektə İsrail təyyarələri tərəfindən raketlər atılıb. Əraziyə təcili yardım briqadaları cəlb edilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ərazidə yaşayanlar arasında itkilər var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31