Tokayev İran Prezidenti ilə telefonla DANIŞDI
22 İyul 2024 17:11 DünyaTokayev İran Prezidenti ilə telefonla danışıb.
Olaylar.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanı qələbə münasibətilə təbrik edib. Söhbət zamanı iki ölkə başçısı Qazax-İran münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı niyyətini təsdiqləyib.
Tərəflər ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31