Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq
22 İyul 2024 16:37 DünyaTürkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O bildirib ki, körpünün layihəsi tamamlanmaq üzrədir.
Layihənin 2024-cü ildə tenderə çıxarılması gözlənilir.
A.Uraloğlu bildirib ki, bununla bağlı 2004-cü ildə Afinada razılıq sənədi imzalanıb: "Layihə ancaq Türkiyə və Yunanıstan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasındakı dostluq və əməkdaşlığı gücləndirəcək".
Nazirin sözlərinə görə, körpünün uzunluğu 841 metr olacaq. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31