Ermənistanın dövlət borcu 12 milyard dolları ötüb

Ermənistanın dövlət borcu 12 milyard dolları ötüb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryan sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, iyunun 1-nə Ermənistanın dövlət borcu 12 milyard dolları ötüb.

"Bu rəqəmi əhalinin sayına bölsək, dövlət borcunda hər birimizin payı 4 min dollardan çox olacaq", - Xaçatryan yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31