İran Xəzərdə Rusiya ilə birgə hərbi təlimə başladı
22 İyul 2024 14:34 Dünyaİran Xəzər dənizində "Xilasetmə və Dəniz Təhlükəsizliyi Təlimi 2024" adı altında hərbi təlimlərə başladığını elan edib.
Olaylar xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
"Təlimdə ordunun dəniz qüvvələrinin üzən və uçan bölmələrinin, o cümlədən raket buraxılış sistemləri, helikopterlər, SEPAH Hərbi Dəniz Qüvvələrinin üzən bölməsi, eləcə də Rusiyanın SB45 gəmisi iştirak edir", - təlimin sözçüsü Abbas Hüseyni bildirib.
O, Xəzəryanı ölkələrin nümayəndələrinin də bu təlimin müxtəlif mərhələlərini müşahidəçi qismində izlədiklərini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31