Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova: İndi araşdırma vaxtıdır- ÖZƏL
22 İyul 2024 13:53 DünyaOlaylar.az haberturk.com-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin namizədlikdən geri çəkilməsi ilə bağlı verdiyi açıqlamada "ABŞ mediası və siyasi dairələrinin Baydenin psixi durumu ilə bağlı faktları gizlədən gizli razılaşmalarını araşdırmaq lazımdır" deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova açıqlamasında belə deyib: "Baydenin seçki yarışından geri çəkildiyinə dair yazılı açıqlamasından sonra atılacaq növbəti addım, ictimaiyyəti manipulyasiya edərək, bir siyasi partiyanın tərəfində olaraq Baydenin psixi vəziyyəti ilə bağlı faktları gizlədən ABŞ mediası və siyasi dairələrinin gizli razılaşmalarının araşdırılmasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31