Husilərdən BMT Təhlükəsizlik Şurasına etiraz məktubu- ÖZƏL

Olaylar.az haberturk.com-a istinadən xəbər verir ki, Yəməndəki husilər İsrailin Yəmənin qərbindəki Hudeydə şəhərinə hücumuna görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına etiraz məktubu göndərib.

Husilərin qondarma xarici işlər naziri Hişam Şərəf Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə və Rusiyanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iyulda sədri olmuş Vasili Nebenziaya məktub göndərərərək İsrailin 20 İyulda Yəməndəki Hudeyda limanına edilən hücuma etiraz edib.

İsrailin Yəmənə hücumunun "beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsədlərinin və ölkənin suverenliyinin açıq şəkildə pozulması" olaraq qiymətləndirildiyi məktubda BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasına "İsrailin Yəmənə qarşı təcavüzünü pisləmək üçün məsuliyyəti üstlənmə" çağırışı edilib.

Məktubda həmçinin bildirilib ki, İsrail Yəməni yenidən hədəfə alacaqsa, bu, cəzasız qalmayacaq.

Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar təşkil edirlər.

Yəməndə İranın dəstəklədiyi husilər cümə günü səhər saatlarında İsrailin paytaxtı Təl-Əvivə pilotsuz təyyarə ilə hücum ediblər. Hücum nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrail dünən axşam saatlarında husilərin nəzarəti altında olan Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanına hava zərbəsi endirib. Yəmən rəsmiləri hücumda 2 nəfərin həyatını itirdiyini, onlarla insanın yaralandığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31